Geri

saat 09:00-dək olan məlumat

Quba rayonu, Rustov kəndində (rayon mərkəzindən 35 km aralı) həyətyanı sahədə 2,5 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Haftoni kəndində (rayon mərkəzindən 13 km aralı) ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində vətəndaşın məskunlaşdığı ümumi sahəsi 24 kv.m olan 1 otaqda 4 ədəd yataq dəsti və binanın 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə 24 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 30 kv.m olan hamamın taxtadan ibarət divar üzlüyü və lambirdən ibarət tavanı 15 kv.m sahədə yanmışdır. Hamamın qalan hissəsi və bitişik kazarma binası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda məntəqə tipli cəzaçəkmə müəssisəsinin ümumi sahəsi 60 kv.m olan ikimərtəbəli inzibati binasının 1-ci mərtəbəsindəki 2 otağın yanar konstruksiyaları 30 kv.m sahədə və 2-ci mərtəbəsindəki 1 otaqda döşəmə 2 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi və bitişik tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirmiş, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:01-də başa çatmışdır;

Balakən rayonu, Tülü kəndində (rayon mərkəzindən 8 km aralı) ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında tavanın yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.