Geri

18 dekabr 2011-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə ikimərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından keçərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1971-ci il təvəllüdlü Yevgeniy Yeryomin döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunmuşdur. Y.Yeryominin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:21-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda partlayış baş verməsi barədə məlumat daxil olmuşdur. Nazirliyin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, yaşayış binalarının yaxınlığındakı qazanxanaya aid istilik borusu partlamışdır. Xəsarət alan olmamışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 12:35-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan təndirxananın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara şəhərində Astara rayon Mərkəzi Xəstəxanasının həyətində abadlıq işləri aparılarkən mərmi aşkarlanması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişlər. Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin etmiş və digər zəruri tədbirlər görmüşlər. Mərmi aidiyyəti qurumların mütəxəssisləri tərəfindən ərazidən uzaqlaşdırılmış və zərərsizləşdirilmişdir. Əməliyyat saat 16:45-də başa çatmışdır;

Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 9 kv.m olan mətbəxdə həcmi 40 litr olan məişət qaz balonu alışmışdır. Yanğın saat 17:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və damına yığılmış 0,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Qazyan kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus hər mərtəbəsinin ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsindəki 1 otaqda tavanın yanar konstruksiyaları 20 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Atabəy kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 18 ton ot bağlamasının 5 tonu yanmışdır. Yanğın saat 22:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda “VAZ” və “ZAZ” markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə şahidlərinin sözlərinə görə, “VAZ” markalı avtomobilin sürücüsü yaralanmışdır. Yaralının vətəndaşların köməkliyi ilə hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verildiyi bildirilmişdir. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:36-da başa çatmışdır;

Balakən rayonu, Gərəkli kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus fındıq bağında ümumi sahəsi 15 kv.m olan taxta konstruksiyalardan ibarət tikili yanmışdır. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin oğlu - 1949-cu il təvəllüdlü Rafiq İsrafil oğlu Dibirovun cəsədi aşkar olunmuşdur. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.