Geri

17 dekabr 2011-ci il, saat 09:00-dək

Ağdam rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 10 kv.m sahədə və damına yığılmış 800 kq ot bağlamasının 200 kiloqramı yanmışdır. Köməkçi tikili və ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Balabəhmənli kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot tayasının 1 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 2352 kv.m olan anbarın dəmir konstruksiyalardan ibarət dam örtüyünə çəkilmiş tol 200 kv.m sahədə və içərisinə yığılmış hazır tol məmulatları 50 kv.m sahədə yanmışdır. Yanğın saat 17:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhərində mənzildə bağlı qapı arxasında 2 nəfər azyaşlı uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, giriş qapısı təsadüfən kilidlənmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 20:02-də başa çatmışdır;      

Bakı şəhəri, Qaradağ rayonunda “Mitsubishi” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnmiş, minik avtomobilinin sürücüsü - 1967-ci il təvəllüdlü Hafiz Rəsulov ölmüşdür. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış H.Rəsulovun cəsədini xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:45-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən xüsusi alət və avadanlıqlar vasitəsilə açmışlar. Mənzilə baxış keçirilərkən həmin şəxs yataqda yatmış vəziyyətdə aşkar olunmuşdur. Əməliyyat saat 01:29-da başa çatmışdır;

Masallı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 184 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 70 kv.m sahədə yanmışdır. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.