Geri

15 dekabr 2011-ci il, saat 17:30-dək

Şirvan şəhərində ikimərtəbəli yaşayış binasında yanğın olmuşdur. Nəticədə, binanın 1-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan 4 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 42 kv.m sahədə və bitişik olan taxta konstruksiyalardan ibarət tikili 8 kv.m sahədə, habelə 2-ci mərtəbəsində yerləşən digər vətəndaşa məxsus 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 32 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda bir nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, gənc qadın özünü onüçmərtəbəli yaşayış binasının damından atmaqla intihar etmək istəyir. Xilasedicilər qadınla müvafiq danışıqlar aparmış və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını almışlar. Xilasetmə əməliyyatı saat 14:38-də başa çatmışdır.

Geri

15 dekabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 27 kv.m olan taxta konstruksiyalardan ibarət gözətçi otağı 12 kv.m sahədə yanmışdır. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1999-cu il təvəllüdlü danışma və eşitmə qabiliyyəti olmayan həmin şəxs qapının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin eyvanına qalxmış və xüsusi alət və avadanlıqlar vasitəsilə dəmir barmaqlıqları kəsərək mənzilə daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:58-də başa çatmışdır;

Goranboy rayonu, Məşədiqaralar kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 66 kv.m sahədə və çardağına yığılmış 7 ton ot bağlamasının 5 tonu yanmışdır. Yanğın saat 22:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanmışdır. Yanğın saat 22:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 115 kv.m olan birmərtəbəli 5 otaqlı evin otaqlarından birinin yanar konstruksiyaları 32 kv.m sahədə və ev əşyaları qismən, habelə digər otağında tavan 26 kv.m sahədə yanmışdır. Yanğın saat 22:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan avtomobil təmiri sexinin çardağının yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.