Geri

14 dekabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nizami rayonunda, Bakı Lokomotiv Deposunun ərazisində istifadəyə yararsız 2 ədəd doğranmış vaqon 60 kv.m sahədə yanmışdır. Yanğın saat 19:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qaynaq işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olmuşdur;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:09-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısını içəridən qəsdən bağlamışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzildə olan vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 19:50-də başa çatmışdır;

Hacıqabul rayonu, Abdulabad kəndində (rayon mərkəzindən 35 km aralı) ümumi sahəsi 162 kv.m olan 3 otaq və aynabənddən ibarət kürsülü evin yanar konstruksiyaları yanmışdır. Bitişik köməkçi tikililər və tövlə yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən  söndürülmüşdür;

İmişli rayonu, Soltanmuradlı kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 1 ədəd elektrik dirəyi və kol-kos 100 kv.m sahədə yanmışdır. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində ümumi sahəsi 26 kv.m olan 1 otaqlı mənzildə ev əşyaları 5 kv.m yanmışdır. Mənzil yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax yolunun 72-ci kilometrliyində “Kamaz” markalı iki yük avtomobili toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Yanacaq-sürtgü materiallarının ətrafa dağılmasını müşahidə edən xilasedicilər hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 08:08-də başa çatmışdır.