Geri

11 dekabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 600 kv.m olan ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində sanitar qovşağının taxta konstruksiyalardan ibarət tavanı 20 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən həmin şəxs hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 15:45-də başa çatmışdır;

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:31-də başa çatmışdır;

Bərdə şəhərində vətəndaşa məxsus beton zavodunun ərazisində tutumu 50 ton olan bitum çəninin içərisindəki bitum qalıqları və ətrafa dağılmış bitum 10 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qaynaq işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olmuşdur;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 18:48-də başa çatmışdır;

Gədəbəy rayonu, Kollu kəndində vətəndaşa məxsus ümumi sahəsi 119 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və damına yığılmış 15 ton ot bağlamasının 14 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi, habelə tövlədə olan 5 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 kv.m sahədə və kondisioner yanmışdır. Mənzil yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Sütəmurdov kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 6 kv.m olan təkər təmiri sexində tavanın yanar konstruksiyaları və içərisində olan 4 ədəd təkər yanmışdır. Sexə bitişik talvar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 2 nəfər azyaşlı uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, mənzilin qapısı təsadüfən kilidlənmişdir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 02:32-də başa çatmışdır;

Füzuli rayonu, Mollaməhərrəmli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 118 kv.m olan 5 otaqlı mənzilin çöl divarına quraşdırılmış kondisioner yanmışdır. Mənzil yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Balaca Həmyə kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

06-07 dekabr 2011-ci il tarixlərində mühərriklərində yaranmış nasazlıq səbəbindən dalğaların və axının təsirindən Xaçmaz rayonu istiqamətində üzmüş içərisində 3 nəfərin olduğu 2 ədəd motorlu qayığın axtarışları başa çatmışdır. 10-11 dekabr 2011-ci il tarixlərində həmin şəxslər Rusiya bayrağı altında üzən "Ulus Briz" və "Orient-5" gəmiləri vasitəsilə xilas olunmuşlar. Xilas olunmuş şəxslər aidiyyəti üzrə təhvil verilmişlər.