Geri

10 dekabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:41-də başa çatmışdır;

9 dekabr 2011-ci il tarixində səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən 6-7 dekabr 2011-ci il tarixlərində dənizdə dalğaların və axının təsirindən Xaçmaz rayonu istiqamətində aparıldığı bildirilən 2 qayığın axtarışları davam etdirilmişdir. Axtarışlar nəticə verməmişdir. 10 dekabr 2011-ci il tarixində səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin 1 ədəd helikopteri qayıqların axtarışlarına başlamışdır;

Gədəbəy rayonu, Əliismayıllı kəndində (rayon mərkəzindən 25 km aralı) ümumi sahəsi 20 kv.m olan talvarın altına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır.  Yanğın saat 17:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Binələr kəndində (rayon mərkəzindən 15 km aralı) ümumi sahəsi 120 kv.m olan tövlənin yanar konstruksiyaları 60 kv.m sahədə və çardağına yığılmış 12 ton ot bağlamasının 10 tonu yanmışdır. Yanğın saat 05:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.