Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 100 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Yanğın saat 11:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə endirmiş, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:45-də başa çatmışdır;
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus birmərtəbəli fərdi evin həyətində, ümumi sahəsi 6 kv.m olan hamamda ev sahibinin qızı - 1974-cü il təvəllüdlü Qerasimova Mariya Aleksandrovnanın üzərinə yanacaq töküb yandırmaqla özünə qəsd etməsi barədə məlumat daxil olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;
Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında azyaşlı uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 5-ci mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə köməksiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:28-də başa çatmışdır;
Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu eyvandan enərək pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə halsız vəziyyətdə aşkarlanmışdır. Zərərçəkmiş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:34-də başa çatmışdır;
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış istifadəsiz əşyalar yanmışdır. Yanğın saat 05:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Daşkəsən rayonunda Dağ-Mədən Filis Saflaşdırma ASC-nin ərazisindəki Avtonəqliyyat sexində ümumi sahəsi 8 kv.m olan otağın döşəməsi yanmışdır. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qobustan rayonunda, Qobustan-Şamaxı yolunun 62-ci km-də “VAZ-2107” və “MERCEDES” markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, “VAZ-2107” markalı avtomobilin sürücüsü və 1 nəfər sərnişini, habelə “MERCEDES” markalı avtomobilin sürücüsü və 2 nəfər sərnişini hadisə yerində ölmüş, həmin avtomobildə olan 1 nəfər yaralanmışdır. Yaralı və cəsədlər xilasedicilər tərəfindən deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 08:50-də başa çatmışdır.