Bakı şəhəri, Nizami rayonunda onikimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabellərinin 25 p.m hissəsi yanmışdır. Yanğın saat 10:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi texnika vasitəsilə onaltımərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qalxaraq pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1953-cü il təvəllüdlü Məmmədov Cavanşir İmanqulu oğlu döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən keçirilmiş ilkin tibbi müayinə nəticəsində C.Məmmədovun vəfat etdiyi məlum olmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:07-də başa çatmışdır;
Bakı şəhəri, Xətai rayonunda partlayıcı qurğu ehtimal olunan şübhəli əşyaların aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış əşyaların 4 ədəd fişəng olduğu müəyyən olunmuşdur. Aşkarlanmış fişənglər xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:15-də başa çatmışdır;
Abşeron rayonunda "Daewoo" və "Volkswagen" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, nəqliyyat vasitələri deformasiyaya uğramış, sürücülər və avtomobillərdə olan şəxslər xəsarət almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:50-də başa çatmışdır;
Şəki şəhərində ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evdə tavanın yanar konstruksiyaları 8 kv.m sahədə yanmışdır. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Binəqədi rayonunda "BMW" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı yaşayış evi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.