Geri

30 oktyabr 2011-ci il, saat 09:00-dək

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları 30 kv.m sahədə yanmışdır. Yanğın saat 16:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Quzanlı qəsəbəsində hazırda fəaliyyət göstərməyən fermada vətəndaşın məskunlaşdığı ümumi sahəsi 20 kv.m olan otağın yanar konstruksiyaları yanmış və həmin şəxs yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən fermanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda "QAZ" markalı minik avtomobilinin üstünə ağacın aşması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş  xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ağacı doğrayaraq avtomobili üzərindən götürülmüş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 20:05-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda səkkizmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə endirmiş və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:22-də başa çatmışdır.