Geri

29 oktyabr 2011-ci il, saat 13:20-dək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyənin Van vilayətinə yola salınmış Fövqəladə Hallar Nazirliyinin 40 avtomobildən ibarət maşın karvanı 29 oktyabr 2011-ci il tarixində zəlzələdən zərər çəkmiş bölgəyə çatmışdır. Hazırda çatdırılmış yardım aidiyyəti üzrə təhvil verilir.

Xatırladaq ki, avtomobil karvanı ilə 1000 ədəd çadır (hər biri 24 kv.m), 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq ədyal təbii fəlakət bölgəsinə çatdırılmışdır.

Bununla da Fövqəladə Hallar Nazirliyi tərəfindən 1250 ədəd çadır, 700 səhra yataq dəsti, 5000-dən artıq ədyal, 2000 yataq dəsti, 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2 səhra mətbəxi təbii fəlakətdən zərərçəkmiş bölgəyə çatdırılmışdır.



Geri

29 oktyabr 2011-ci il, saat 11:00-dək

Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha 6 cəsəd çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Bununla da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 12 nəfər xilas edilmiş və 60 cəsəd dağıntılar altından tapılaraq çıxarılmışdır.
Geri

29 oktyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda “Mercedes” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, 1 avtomobilin sürücüsü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 16:07-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 4-cü mərtəbəsində yerləşən həmin mənzilə eyvanından daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanmışdır. Həmin şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:45-də başa çatmışdır;

Salyan rayonu, Xələc kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə və həmin talvarın altına yığılmış 1,8 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda altımərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:31-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları 10 kv.m sahədə yanmışdır. Yanğın saat 22:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan kafenin yanar konstruksiyaları və əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.