Geri

28 oktyabr 2011-ci il, saat 09:35-dək

Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 15 və 17 yaşlarında iki gənc xilas olunmuş və daha 2 cəsəd çıxarılaraq aidiyyatı üzrə təhvil vermişdir. Bununla da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 12 nəfər xilas edilmiş və 54 cəsəd dağıntılar altından tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhfil verilmişdir.

Geri

28 oktyabr 2011-ci il, saat 09:00-dək

Goranboy rayonu, Cinli Boluslu kəndində (rayon mərkəzindən 13 km aralı) ümumi sahəsi 42 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin mətbəxində tavanın yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Yanğın saat 13:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Dəymədağlı kəndində (rayon mərkəzindən 30 km aralı) ümumi sahəsi 126 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda mənzilin hamam otağının qapısının kilidinin sınması nəticəsində yaşlı qadın hamam otağında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin hamam otağının qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açmışlar. Bununla da, xilasedicilər tərəfindən vətəndaşa müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 14:21-də başa çatmışdır;

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ümumi sahəsi 40 kv.m olan vaqon tipli fərdi evin üzlüyünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 800 kv.m olan çardağının yanar konstruksiyaları 150 kv.m sahədə yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən yanğın zamanı binada olan 25 sakin, o cümlədən 5 azyaşlı təxliyyə olunmuş və binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən həmin şəxs döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Həmin şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:57-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan təndirxananın dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 21:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan çay evində əşyalar 50 kv.m sahədə yanmışdır. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan səsyazma studiyasının yanar konstruksiyaları və əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 700 kv.m olan şüşə sexinin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.