Geri

26 oktyabr 2011-ci il, saat 17:30-dək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyi tərəfindən avtomobil karvanı ilə Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara növbəti yardım yola salınacaqdır. Həmin avtomobil karvanı ilə 1000 ədəd çadır (hər biri 24 kv.m), 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq ədyal təbii fəlakət bölgəsinə göndəriləcək.
Qeyd edək ki, artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən 250 çadır, 700 səhra yataq dəsti, 3000 ədyal, 2000 yataq dəsti və 2 səhra mətbəxi təbii fəlakət bölgəsinə çatdırılmışdır. Göndərilmiş çadırlardan ibarət “çadır şəhərciyi” bu gün axşam saatlarında quraşdırılaraq zərərçəkmiş əhaliyə təhvil veriləcəkdir. Həmçinin, Nazirliyin xilasediciləri ilk saatlardan etibarən türk həmkarları ilə birlikdə zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində yaxından iştirak edirlər.
Geri

26 oktyabr 2011-ci il, saat 15:20-dək

Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Van vilayətində aparılan axtarış-xilasetmə işləri nəticəsində, dağıntılar altından daha 5 cəsəd tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Beləliklə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 10 nəfər xilas edilmiş və 41 cəsəd dağıntılar altından tapılaraq çıxarılmışdır.
Geri

26 oktyabr 2011-ci il, saat 13:35-dək

"British Airways" şirkətinə məxsus Bakı-London marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranmışdır. Bu səbəbdən təyyarə saat 13:35 dəqiqədə H.Əliyev adına Beynəlxalq Hava Limanında qəza enişi etmişdir.
Geri

26 oktyabr 2011-ci il, saat 10:10-dək

Gecə saatlarında zəlzələ bölgəsində Azərbaycan xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə işləri nəticəsində, dağıntılar altından daha 2 cəsəd tapılaraq çıxarılmışdır. Beləliklə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 10 nəfər xilas edilmiş və 36 cəsəd dağıntılar altından tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.