Geri

26 oktyabr 2011-ci il, saat 15:20-dək

Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Van vilayətində aparılan axtarış-xilasetmə işləri nəticəsində, dağıntılar altından daha 5 cəsəd tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Beləliklə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 10 nəfər xilas edilmiş və 41 cəsəd dağıntılar altından tapılaraq çıxarılmışdır.
Geri

26 oktyabr 2011-ci il, saat 13:35-dək

"British Airways" şirkətinə məxsus Bakı-London marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranmışdır. Bu səbəbdən təyyarə saat 13:35 dəqiqədə H.Əliyev adına Beynəlxalq Hava Limanında qəza enişi etmişdir.
Geri

26 oktyabr 2011-ci il, saat 10:10-dək

Gecə saatlarında zəlzələ bölgəsində Azərbaycan xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə işləri nəticəsində, dağıntılar altından daha 2 cəsəd tapılaraq çıxarılmışdır. Beləliklə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 10 nəfər xilas edilmiş və 36 cəsəd dağıntılar altından tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.