Geri

25 oktyabr 2011-ci il, saat 12:35-dək

Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Van vilayətində aparılan axtarış-xilasetmə işləri nəticəsində, dağıntılar altından 1 kişi xilas edilmiş və 30-35 yaşlarında olan 1 kişi cəsədi tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Geri

25 oktyabr 2011-ci il, saat 12:12-dək

Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Van vilayətində aparılan axtarış-xilasetmə işləri nəticəsində, dağıntılar altından daha 3 kişi cəsədi tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Geri

25 oktyabr 2011-ci il, saat 09:15-dək

Gecə saatlarında Azərbaycan xilasediciləri tərəfindən daha 3 cəsəd tapılaraq dağıntılar altından çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Bununla da, 24 oktyabr 2011-ci il tarixindən bu saatlaradək Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində uçqun və dağıntılar altından 6 nəfər xilas edilmiş, 10 nəfərin isə cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Geri

25 oktyabr 2011-ci il, saat 09:00-dək

Ağdaş rayonu, Qarağan Sədi kəndində (rayon mərkəzindən 7 km aralı) ümumi sahəsi 155 kv.m olan birmərtəbəli 7 otaqlı fərdi evin yanar konstruksiyaları 85 kv.m sahədə və əşyalar qismən yanmışdır. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

"VAZ" markalı minik avtomobilin Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsinə düşməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən avtomobil və onun sürücüsünün axtarışlarına başlanmışdır;

Hacıqabul rayonu, Rəncbər kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus köməkçi tikilinin yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır. Yanğın saat 16:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonunda Bakı-Qazax avtomobil yolunun 196-cı kilometrliyində "Mercedes" markalı mikroavtobus yol kənarında olan reklam lövhəsinə çırpılmışdır. Nəticədə, piyada 1994-cü il təvəllüdlü İsgəndərov Ramal Ataş oğlu və mikroavtobusun sərnişini Mehdiyeva Almaz həlak olmuş, digər 10 sərnişin müxtəlif bədən xəsarətləri almışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər yaralıları nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 17:10-da başa çatmışdır;

Masallı rayonu, Mişkəmi kəndində (rayon mərkəzindən 27 km aralı) ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları 50 kv.m sahədə yanmışdır. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Zarat kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Bitişik tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 7-ci mərtəbəyə qaldıraraq qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:49-da başa çatmışdır;

Zaqatala rayonu, Yuxarı Tala kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan saunanın yanar konstruksiyaları 120 kv.m sahədə yanmışdır. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Qaraçay kəndində (rayon mərkəzindən 15 km aralı) "Qazel" markalı yük avtomobili çevrilmişdir. Nəticədə, nəqliyyat vasitəsinin salon hissəsi yanmışdır. Yanğın saat 08:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.