Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 150kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi evin zirzəmisində 20kv.m. sahədə taxta qırıntıları yanmışdır. Yanğın saat 12:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Goranboy rayonu, Cinli Boluslu kəndində (rayon mərkəzindən 16km aralı) vətəndaşa məxsus ümumi sahəsi 420kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları 240kv.m. sahədə yanmış, tövlədə olan 16 baş iribuynuzlu və 4 baş xırdabuynuzlu heyvan tüstüdən boğularaq tələf olmuşdur. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nəsimi rayonunda metrunun "28 may" stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər həmin vaxt stansiyada və onun ətrafında olan insanların təhlükəsizliyini təmin etmişlər. Xilasedicilər və hadisə yerinə cəlb olunmuş hüquq-mühafizə orqanlarının mütəxəssislərinin apardıqları birgə axtarış işləri nəticəsində həmin stansiyada və yaxınlıqda şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 18:41-də başa çatmışdır;
Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən enərək 2-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:32-də başa çatmışdır;
Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 02:00-da başa çatmışdır;
Lənkəran şəhərində balıqçılara məxsus ümumi sahəsi 6kv.m. olan köşkün yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Lənkəran rayonu, Şirinsu kəndində "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı hasara çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobildə olan 4 nəfər yaralanmışdır. Yaralılardan 3-ü xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xəsarət almış 4-cü şəxsin aidiyyəti üzrə təhvil verilməsini, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmişlər. Əməliyyat saat 08:09-da başa çatmışdır.2