Geri

27 sentyabr 2010-cu il, saat 12:20-dək

23 sentyabr 2010-cu il tarixində Kür çayının Şirvan şəhərindən keçən hissəsində batmış 1965-ci il təvəllüdlü Əhmədov Nizami Qurbanəli oğlunun axtarışları başa çatdırılmışdır. N.Əhmədovun cəsədi batdığı yerdən 30 kilometr aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:55-də başa çatmışdır.