Geri

26 sentyabr 2010-cu il, saat 09:00-dək

İsmayıllı rayonu, Mican kəndində (rayon mərkəzindən 3km aralı) ümumi sahəsi 63kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 14:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Kəpənəkçi kəndində vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Sitalçay kəndində (rayon mərkəzindən 39km aralı) Sitalçay Kənd Bələdiyyəsinə məxsus ərazidə 3ha sahədə quru ot və qamışlıq yanmışdır. Yaxınlıqdan keçən dəmiryolu xətti yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda qəzaya uğramış "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanmış, sürücü isə yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda "BMW" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıqlandırma dirəyinə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü və 2 sərnişin xəsarət almışlar. Yaralılardan 2-si xəstəxanaya aparılmışdır. Xilasedicilər digər yaralıya hadisə yerində ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:45-də başa çatmışdır;

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Qobuüstü kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72kv.m. olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin damına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.