Beyləqan rayonu, Şəfəq qəsəbəsində (rayon mərkəzindən 3km aralı) fərdi yaşayış evinin həyətində ümumi sahəsi 20kv.m. olan tövlənin yanar konstruksiyaları tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağstafa rayonu, Aşağı Göycəli kəndində (rayon mərkəzindən 6km aralı) fərdi yaşayış evinin həyətində ümumi sahəsi 120kv.m. olan talvarın yanar konstruksiyaları 60kv.m. sahədə və həmin talvarın altına yığılmış 16 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 36kv.m. olan vaqon tipli yaşayış evinin yanar konstruksiyaları əşyalarla birlikdə 10kv.m. sahədə yanmışdır. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sabirabad rayonu, Qaratəpə kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan talvarın yanar konstruksiyaları və həmin talvarın altına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 07:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Binəqədi rayonunda yeddimərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:08-də başa çatmışdır.