Geri

24 avqust 2010-cu il, saat 09:00-dək

Qazax rayonu, Qarapapaq kəndində (rayon mərkəzindən 2km aralı) ümumi sahəsi 195kv.m. olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evdə tavanın yanar konstruksiyaları 65kv.m. sahədə və ev əşyaları qismən yanmışdır. Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı şəhərində (rayon mərkəzindən 8km aralı) "TODİNO" şirkətinə məxsus ümumi sahəsi 80kv.m. olan istixananın dam örtüyünün yanar konstruksiyaları 6kv.m. sahədə yanmışdır. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğında elektrik naqillərində yaranmış qısaqapanma səbəb olmuşdur;

Gədəbəy rayonu, Şəkərbəyli kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Faldar kəndində vətəndaşa məxsus, ümumi sahəsi 64kv.m. olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 5 ton ot bağlaması yanmışdır.

Yuxarı Şirvan kanalının Ağdaş rayonu Kükəl kəndi ərazisindən keçən hissəsində batan 1947-ci il təvəllüdlü Zakirov Tahir Qiyas oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 400-500 m aralıda suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:20-də başa çatmışdır;

Hacıqabul rayonu, Muğan qəsəbəsində (rayon mərkəzindən 12km aralı) "VAZ" markalı minik avtomobili və "KAMAZ" markalı benzin daşıyan yük avtomobili toqquşmuşdur. Nəticədə, minik avtomobilinin yanar hissələri yanmış, hər iki sürücü müxtəlif dərəcəli yanıq və bədən xəsarətləri almışlar. Yaralılar xəstəxanaya çatdırılmışdır. Yanğın saat 20:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Həsənqaya kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 130kv.m. olan qazma tipli tövlənin dam örtüyünün yanar konstruksiyaları 28kv.m. sahədə yanmışdır. Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.