Geri

23 avqust 2010-cu il, saat 09:00-dək

Dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə köməksiz vəziyyətdə 1 nəfərin qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının əməkdaşları tərəfindən aparılan ilkin tibbi müayinə zamanı qeyd olunan şəxsin xəstə olduğu müəyyən edilmişdir. Əməliyyat saat 09:32-də başa çatmışdır.

Dənizdə batan 1982-ci il təvəllüdlü Əliyev Zahid Nurəddin oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:50-də başa çatmışdır;

Baş Şirvan Kollektorunun Sabirabad rayonu Surra kəndi ərazisindən keçən hissəsində batan 1981-ci il təvəllüdlü Zeynalov Vüqar Şamil oğlunun cəsədi batdığı yerdən 150m aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:55-də başa çatmışdır;

Zaqatala rayonu, Yuxarı Tala kəndində (rayon mərkəzindən 5km aralı) fərdi yaşayış evinin həyətində ümumi sahəsi 40kv.m. olan talvarın altına yığılmış 200kq. ot bağlaması yanmışdır. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 224kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 75kv.m. sahədə və dam örtüyünün yanar konstruksiyaları 10kv.m. sahədə yanmışdır. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Xocavənd kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 36kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, 1-ci Şahsevən kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 31kv.m. olan 2 otaqlı fərdi evin yanar konstruksiyaları və ev əşyalar qismən yanmışdır. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 11km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 55kv.m. olan avtomobil təmir sexinin yanar konstruksiyaları və təmirə dayanmış "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Bitişik sexlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Tatlı kəndində (rayon mərkəzindən 17km aralı) dağlıq ərazidə 8ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Qaragüvəndilli kəndində (rayon mərkəzindən 30km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 80kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50kv.m. sahədə yanmışdır. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda "Hyundai" və "Mercedes" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Hyundai" markalı avtomobilin sürücüsü yaralanaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış ona ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 17:41-də başa çatmışdır;

Gədəbəy rayonu, Zəhmət kəndində (rayon mərkəzindən 1km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 80kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən həmin şəxs xəstə vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər vətəndaşa ilkin tibbi yardım göstərmiş və onu aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:48-də başa çatmışdır;

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər xüsusi nərdivan vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qalxmış və mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı məlum olmuşdur. Əməliyyat saat 22:57-də başa çatmışdır;

Tər-Tər rayonu, Bayandur kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 72kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda "ELŞƏN" MMC-ə məxsus, ümumi sahəsi 500kv.m. olan birmərtəbəli anbarın içərisində ərzaq malları 50kv.m. sahədə yanmışdır. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.