Geri

22 avqust 2010-cu il, saat 09:00-dək

Dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

20 avqust 2010-cu il tarixində Qarabağ kanalının Yevlax rayonu, Aran qəsəbəsi ərazisindən keçən hissəsində batan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat 21 avqust 2010-cu il tarixində saat 10:30-da başa çatmışdır;

Abşeron rayonu, Goradil kəndində vətəndaşa məxsus ümumi sahəsi 20kv.m. olan bir otaqlı fərdi evin mətbəxində məişət qaz balonunda alışma baş vermiş, evdə olan 1 nəfər yanıq xəsarətləri almışdır. Yanğın hadisəsi olmamışdır;

Qəbələ rayonu, Abrıx, Dandıx, Solqıca kəndlərinin ərazisində (rayon mərkəzindən 25km aralı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinə məxsus ərazidə 7ha sahədə kol-kos və quru ağaclar yanmışdır. Meşə zolağının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Ağyaz kəndində (rayon mərkəzindən 13km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 09:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 9kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:55-də başa çatmışdır;

Ağstafa rayonu, Köçəsgər kəndində (rayon mərkəzindən 15km aralı) Köçəsgər Kənd Bələdiyyəsinə məxsus ərazidə 3ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Pirhəsənli kəndində (rayon mərkəzindən 3km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 44kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları və oraya yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Xanlıqlar kəndində (rayon mərkəzindən 8km aralı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinə məxsus ərazidə 2ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində (rayon mərkəzindən 50km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 140kv.m. olan ikimərtəbəli 7 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyası yanmışdır. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Liman şəhərində vətəndaşlara məxsus ərazidə 15ha sahədə kol-kos və quru ot yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Tatlı kəndində (rayon mərkəzindən 18km aralı) Tatlı Kənd Bələdiyyəsinə məxsus ərazidə 5ha sahədə kol-kos yanmışdır. Yanğın saat 19:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Daşüz kəndində (rayon mərkəzindən 25km aralı) Daşüz Kənd Bələdiyyəsinə məxsus ərazidə 1,5ha sahədə quru ot yanmışdır. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 49kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Xuluflu kəndində Xuluflu Kənd Bələdiyyəsinə məxsus ərazidə 3ha biçilmiş taxıl sahəsi və 1ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Mirzəqışlaq kəndində (rayon mərkəzindən 35km aralı) Mirzəqışlaq Kənd Bələdiyyəsinə məxsus ərazidə 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Aşağı Cülyan kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 50kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Əhmədağalı kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 40 ton ot bağlaması yanmışdır. Yanğın saat 23:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Zəhmət kəndində (rayon mərkəzindən 15km aralı) Zəhmət Kənd Bələdiyyəsinə məxsus ərazidə 2ha sahədə quru ot yanmışdır. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daxil olmuş müraciət əsasında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzilin giriş qapısının açılması xilasedicilər tərəfindən təmin edilmişdir. Ərazi hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilmişdir. Əməliyyat saat 01:28-də başa çatmışdır;

Kürdəmir rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 12km aralı) Yenikənd Kənd Bələdiyyəsinə məxsus ərazidə 2ha sahədə quru ot yanmışdır. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Potubəyli kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Ərəblər kəndində (rayon mərkəzindən 16km aralı) Ərəblər Kənd Bələdiyyəsinə məxsus ərazidə 25ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 100kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evdə 2 ədəd yataq dəsti yanmışdır. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Nəbiağalı qəsəbəsində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus fermanın ərazisində 112 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.