Geri

21 avqust 2010-cu il, saat 09:00-dək

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 9 nəfər və dənizin nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Qarabağ kanalının Yevlax rayonu, Aran qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır;

Şirvan şəhərində "Qarasu" Əməliyyat Şirkətinin 2 saylı neft qaz-çıxarma sahəsinə məxsus ərazidə 2ha sahədə quru ot yanmışdır. Ərazidəki qazma quyular və avadanlıqlar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Sarxanlı kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Tağaroba kəndində (rayon mərkəzindən 15km aralı) Tağaroba Kənd Bələdiyyəsinə məxsus ərazidə 4ha sahədə biçilmiş taxıl sahəsi və qəbirstanlığın ərazisində 4ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfində yanğından  mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Şıxnəzərli kəndində (rayon mərkəzindən 7km aralı) Şıxnəzərli Kənd Bələdiyyəsinə məxsus ərazidə 5ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından  mühafizə olunmuşdur. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Babaxanlı kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 5 ton ot tayası yanmışdır. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda "VAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücülərdən biri yaralanmış digəri isə həlak olmuşdur. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə həlak olmuş şəxsin cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 20:01-də başa çatmışdır;  

Xızı rayonu, Zəvər kəndində (rayon mərkəzindən 25km aralı) dağlıq ərazidə 2ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Mican kəndində (rayon mərkəzindən 3km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 120kv.m. sahədə yanmışdır. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Şivi kəndində (rayon mərkəzindən 18km aralı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinə məxsus ərazidə 20ha sahədə quru ot, kol-kos və xırda və seyrək ağaclar yanmışdır. Meşə zolağının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı şəhərində ümumi sahəsi 200kv.m. olan seçki məntəqəsinin giriş qapısı qismən yanmışdır. Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.