Geri

20 avqust 2010-cu il, saat 16:20-dək

Beyləqan rayonu, Milabad kəndində (rayon mərkəzindən 16km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Fin qəsəbəsində (rayon mərkəzindən 9km aralı) Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 4ha sahədə quru ot yanmışdır. Yanğın saat 12:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilin eyvanına qonşu mənzilin eyvanından keçmiş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili tibbi yardım stansiyasının əməkdaşları tərəfindən aparılmış ilkin tibbi müayinə zamanı zərərçəkmişin xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 12:52-də başa çatmışdır.

Geri

20 avqust 2010-cu il, saat 09:00-dək

Günün müxtəlif saatlarında dənizin nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Şəmkir rayonu, Ağdağ kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus "Belarus" markalı traktorun qoşqusuna yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Bala Bəhmənli kəndində (rayon mərkəzindən 5km aralı) Bala Bəhmənli Kənd Bələdiyyəsinə məxsus ərazidə 4ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı otlaq sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində Yaşıllaşdırma İdarəsinin ərazisində müvəqqəti məskunlaşan  məcburi köçkün ailəsinin həyətyanı sahəsində 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Şıxvəlli kəndində (rayon mərkəzindən 14 km aralı) Şıxvəlli Kənd Bələdiyyəsinə məxsus ərazidə 10ha sahədə kol-kos yanmışdır. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Qum kəndində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20kv.m. olan talvarın yanar konstruksiyaları 4kv.m. sahədə yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın ev sahibi tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Dönük Qırıqlı kəndində vətəndaşa məxsus həyətyanı sahədə 9 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

19 avqust 2010-cu il tarixində dənizdə batan Əlibala Əmirbala oğlu Mançarovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:00-da başa çatmışdır;

Sabirabad rayonu, Gəncəli kəndində vətəndaşa məxsus həyətyanı sahədə 9 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Hüseynbəyli kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 35kv.m. olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 25kv.m. sahədə və içərisinə yığılmış 500kq ot bağlaması yanmışdır. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Gərəkli kəndində (rayon mərkəzindən 22km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda İdman klublarından birinə məxsus ümumi sahəsi 20kv.m. olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 17kv.m. sahədə yanmışdır. Yanğın saat 20:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Qırıxbulaq kəndində (rayon mərkəzindən 16km aralı) dağlıq ərazidə 1,5ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Kortala kəndində (rayon mərkəzindən 13km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Gicanoba kəndində (rayon mərkəzindən 38km aralı) Gicanoba Kənd Bələdiyyəsinə məxsus ərazidə 5ha biçilmiş taxıl sahəsi və kol-kos yanmışdır. Yanğın saat 23:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Seyid kəndində (rayon mərkəzindən 20km aralı) dağlıq ərazidə 2ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Dəllərcəyir kəndində (rayon mərkəzindən 13km aralı) Dəllərcəyir Kənd Bələdiyyəsinə məxsus ərazidə 5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdan keçən Bakı-Supsa neft kəməri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan dərzi sexinin dam örtüyünün yanar konstruksiyaları 60kv.m. sahədə yanmışdır. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;