Geri

19 avqust 2010-cu il, saat 09:00-dək

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər və dənizin nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Xızı rayonu, Sitalçay kəndində (rayon mərkəzindən 45km aralı) Sitalçay Kənd Bələdiyyəsinə məxsus ərazidə 560ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar şəhərində vətəndaşa məxsus ərazidə 2ha sahədə kol-kos və quru ot yanmışdır. Yanğın saat 13:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Haftoni qəsəbəsində (rayon mərkəzindən 15km aralı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinə məxsus ərazidə 3ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75kv.m. olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax yolunun 19-u kilometrliyində "BMW" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə düşmüşdür. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 19:36-da başa çatmışdır; 

Qəbələ rayonu, Həmzəli kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus Şahdağ Milli Parkının ərazisində 7ha sahədə kəsilmiş quru ağaclar və kol-kos yanmışdır. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin işçiləri və kənd sakinləri cəlb olunmuşdur. Meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da söndürülmüşdür;

Qobustan rayonu, Nərimankənd kəndində (rayon mərkəzindən 1km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:56-da başa çatmışdır;

Kürdəmir rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 10km aralı) Yenikənd Kənd Bələdiyyəsinə məxsus ərazidə 20ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Qobustan rayonu, Sədəf kəndində (rayon mərkəzindən 10km aralı) Sədəf Kənd Bələdiyyəsinə məxsus ərazidə 20ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda "Tofaş" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə düşmüşdür. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Yaralı xəstəxanaya çatdırılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 06:08-də başa çatmışdır.