Geri

18 avqust 2010-cu il, saat 17:00-dək

Bakı şəhəri, Xəzər rayonunda su quyusunda 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, ARDNŞ Sosial İnkişaf İdarəsinin Su təsərrüfatının əməkdaşları 1948-ci il təvəllüdlü İlyas Rzayev və 1977-ci il təvəllüdlü Üzeyir Babayev təxminən 15 metr dərinliyində olan su quyusunda təmir işləri apararkən huşsuz halda tapılmışlar. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə su quyusuna enmiş və həmin şəxslərin vəfat etdiklərini müəyyən etmişlər, daha sonra cəsədlər xüsusi texnika vasitəsilə quyudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:32-də başa çatmışdır.

Geri

18 avqust 2010-cu il, saat 16:00-dək

Bakı şəhəri, Səbail rayonunda "Vaz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıqlandırma dirəyinə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, 1 nəfər həlak olmuş 1 nəfər isə yaralanmışdır. Yaralı xəstəxanaya çatdırılmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış cəsədi avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil verilmiş, həmçinin, hadisə yerində təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 12:21-də başa çatmışdır.
Geri

18 avqust 2010-cu il, saat 14:50-dək

14 avqust 2010-cu il tarixində Şirvan kanalının Yevlax rayonu Xaldan kəndi ərazisindən keçən hissəsində batan 1988-ci il təvəllüdlü Həsənov Ələm Əli oğlunun axtarışları 18 avqust 2010-cu il tarixində başa çatdırılmışdır. Ə.Həsənovun cəsədi batdığı yerdən 800m aralıda Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:40-da başa çatmışdır.

Geri

18 avqust 2010-cu il, saat 09:00-dək

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş müraciət əsasında batırıldığı ehtimal edilən 1 nəfərin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:15-də başa çatmışdır;

Ucar rayonu, Bağman kəndində (rayon mərkəzindən 28km aralı) 2ha sahədə kol-kos  və vətəndaşa məxsus 0,5ha yonca sahəsi yanmışdır. Sahənin qalan hissəsi və yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Sarvan kəndində vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan talvarın yanar konstruksiyaları 12kv.m. sahədə və içərisinə yığılmış ümumi 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Ərəbbəsrə kəndində (rayon mərkəzindən 15km aralı) Ərəbbəsrə Kənd Bələdiyyəsinə məxsus ərazidə 25ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Haftoni qəsəbəsində (rayon mərkəzindən 15km aralı) Haftoni Qəsəbə Bələdiyyəsinə məxsus ərazidə 2ha sahədə kol-kos yanmışdır. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lerik rayonu, Noda kəndində (rayon mərkəzindən 6km aralı) Noda Kənd Bələdiyyəsinə məxsus ərazidə 3ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 18km aralı) Təzəkənd Kənd Bələdiyyəsinə məxsus ərazidə 1,5ha biçilmiş taxıl sahəsi və 1,5ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 48kv.m. olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 16kv.m. sahədə yanmışdır. Yanğın saat 18:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Bığır kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ümumi sahəsi 105kv.m. olan yeməkxananın dam örtüyünün yanar konstruksiyaları 70kv.m. sahədə, içərisində olan 1 ədəd "Rubin" markalı televizor, 2 ədəd "Çinar" markalı soyuducu və 1 ədəd vitrin soyuducusunun yanar hissələri yanmışdır. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Xilmilli kəndində (rayon mərkəzindən 30km aralı) Xilmilli Kənd Bələdiyyəsinə məxsus ərazidə 10ha biçilmiş taxıl sahəsi və 50ha otlaq sahə yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Çapağan kəndində (rayon mərkəzindən 27km aralı) Çapağan Kənd Bələdiyyəsinə məxsus ərazidə 3ha biçilmiş taxıl sahəsi və 2ha kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Aslanbəyli kəndində (rayon mərkəzindən 30km aralı) Aslanbəyli Kənd Bələdiyyəsinə məxsus ərazidə 15ha sahədə quru ot yanmışdır. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Udlu kəndində (rayon mərkəzindən 33km aralı) Udlu Kənd Bələdiyyəsinə məxsus ərazidə 3ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Qazyan kəndində (rayon mərkəzindən 21km aralı) vətəndaşa məxsus 5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Bilistan kəndində (rayon mərkəzindən 30km. aralı) Bilistan Kənd Bələdiyyəsinə məxsus ərazidə 5ha sahədə kol-kos və otlaq sahə yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.        Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanından enərək 5-ci mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 20:02-də başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 55kv.m. olan mağazanın dam örtüyünün yanar konstruksiyaları, mağazada olan mallar, elektrik paylayıcı lövhə və kabellərin üzlüyünün 6p.m. yanmışdır. Yanğın saat 06:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.