Geri

09 iyul 2010-cu il, saat 17:15-dək

Bakı şəhəri, Nizami rayonunda 25 ədəd elektik sayğacı yanmışdır. Yanğın saat 11:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Xudat şəhərində ayrı-ayrı vətəndaşlara məxsus ərazidə 3ha biçilməmiş taxıl və 4ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 iyul 2010-cu il, saat 09:00-dək

Beyləqan rayonu, Tatallar kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 30 ton ot bağlaması yanmışdır. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Zəhmətoba kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Vel kəndində (rayon mərkəzindən 17km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 24kv.m. sahədə və damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan avtomobil təmiri sexində təmirdə olan "MERCEDES" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın zamanı sexdə olan bir nəfər yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus müəssisənin hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 100kv.m. olan yardımçı tikilisinin dam örtüyünün yanar konstruksiyaları 7kv.m. sahədə yanmışdır. Yanğın saat 16:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Qacılı kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus ümumi sahəsi 85kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 17:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Ərçivan kəndində (rayon mərkəzindən 11km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Mil kəndində (rayon mərkəzindən 21km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Səmədabad kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 8ha sahədə quru ot yanmışdır. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Sanqaçal avtomobil yolunda "Qazel" və "Kamaz"  markalı 2 yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Qazel" markalı yük avtomobilində olan sərnişin 1947-cı il təvəllüdlü Balaşa Qasım oğlu Qasımov həlak olmuşdur. Xilasedicilər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış B.Qasımovun cəsədini avtomobildən çıxarmış, aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 21:33-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda dördmərtəbəli inzibati binanın zirzəmisində 6kv.m. sahədə məişət tullantıları yanmışdır. Yanğından elektrik-kommunikasiya xətləri mühafizə olunmuşdur. Yanğın saat 23:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Kürdmahmudlu kəndində (rayon mərkəzindən 22km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Boradigah qəsəbəsində (rayon mərkəzindən 17km aralı) ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 84kv.m. olan tikililərin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 06:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 4 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.