Geri

08 iyul 2010-cu il, saat 17:15-dək

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldırmış və həmin şəxsin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:10-da başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda beton zavodunun ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs hündürlüyü, təxminən, 10-12 metr olan qüllənin üzərindəki su çənində qaynaq işləri aparan zaman elektrik cərəyanı vurması nəticəsində güclü şok keçirmiş və yüksəklikdə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsi ilə zərərçəkmişi aşağı endirərək ona ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermişlər;

Daxil olmuş məlumata əsasən, dənizin nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuş və həmin ərazidə çimərkən batmış 1998-ci il təvəllüdlü Zəki Əhməd oğlu Mirzəyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.
Geri

08 iyul 2010-cu il, saat 09:00-dək

Göygöl rayonu, Hacıməlikli kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları əşyalarla birlikdə 18kv.m. sahədə yanmışdır. Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Qaravəlli kəndində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus "MTZ-80" markalı traktorun qoşqusu və qoşquya yığılmış 600kq ot bağlaması yanmışdır. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Zərdabi qəsəbəsində (rayon mərkəzində 15km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 200kq ot bağlaması yanmışdır. Yanğın saat 12:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Böyük Xocavər kəndində (rayon mərkəzindən 7km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından taxıl sahəsinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Mirikənd kəndində (rayon mərkəzindən 10km aralı) kənd əhalisinə məxsus ərazidə 0,6ha biçilməmiş və 1,2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından ərazidə olan digər biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Yarməmmədbağı kəndində (rayon mərkəzindən 15km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 1ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri muhafizə olunmuşdur. Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran şəhərində məscidin ərazisində 0,5ha sahədə quru ot yanmışdır. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Kürdmaşı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 6ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri muhafizə olunmuşdur. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Aşağı Ləgər kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus 2ha biçilməmiş və 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından digər biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Danaçı kəndində (rayon mərkəzindən 30km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Ostayır kəndində (rayon mərkəzindən 12km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 3ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Dələli kəndində (rayon mərkəzindən 33km aralı) kənd əhalisinə məxsus ərazidə 3ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı  biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Qovlar qəsəbəsində kənd bələdiyyəsinə məxsus ərazidə 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Abbasqulular kəndində (rayon mərkəzindən 5km aralı) kənd əhalisinə məxsus 8ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Şəhriyar qəsəbəsində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı tikililər  mühafizə olunmuşdur. Yanğın saat 18:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, İnstitut qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 228kv.m. olan mebel təmiri sexinin dam örtüyünün yanar konstruksiyası 40kv.m. sahədə yanmışdır. Yanğından mebel sexinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Xalac kəndində (rayon mərkəzindən 22km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Sabirkənd kəndində (rayon mərkəzindən 15km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 1ha sahədə quru ot yanmışdır. Yanğın saat 19:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Ağayrı kəndində (rayon mərkəzindən 11km aralı) vətəndaşa məxsus fermanın ərazisində 1ha sahədə quru ot yanmışdır. Yanğın saat 19:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı şəhərində kənd bələdiyyəsinə məxsus ərazidə 1ha sahədə quru ot yanmışdır. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində məişət tullantıları 6ha sahədə yanmışdır. Yanğından yaxınlıqdakı neft çənləri mühafizə olunmuşdur. Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90kv.m. olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyası 50kv.m. sahədə yanmışdır. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Abbasqulular kəndində (rayon mərkəzindən 5km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Kürd Eldarbəyli kəndində (rayon mərkəzindən 42km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 8kv.m. olan gözətçi köşkünün yanar konstruksiyası yanmışdır. Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda 8000kv.m. sahədə quru ot və 10 ədəd şpal yanmışdır. Yanğından dəmiryol xəttinin qalan hissəsi  mühafizə olunmuşdur. Yanğın saat 05:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Həmçinin, dənizin nəzarətsiz hissəsində çimərkən batmış 1995-ci il təvəllüdlü Eldar Rövşən oğlu Həsənzadənin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.