Geri

07 iyul 2010-cu il, saat 09:00-dək

Cəlilabad rayonu, Privolnoye kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 5ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Aşağı Öysüzlü kəndində (rayon mərkəzindən 4km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 1,2ha biçilməmiş və 1,3ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 8 ədəd elektrik sayğacı yanmışdır. Yanğın saat 15:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Cuma kəndində (rayon mərkəzindən 40km aralı) vətəndaşa məxsus ümumi sahəsi 3200kv.m. olan fermanın dam örtüyü 1600kv.m. sahədə və damına yığılmış 13 ton ot bağlaması yanmışdır. Yanğından fermanın qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Zalam kəndində (rayon mərkəzindən 32km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7,5 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54kv.m. olan 3 otaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6kv.m sahədə yanmışdır. Yanğın saat 16:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Əmircan kəndində (rayon mərkəzindən 6km aralı) 3ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 16:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Qızılağac kəndində (rayon mərkəzindən 16km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7,5 ton ot bağlamasının 5 tonu yanmışdır. Yanğın saat 18:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:01-də başa çatmışdır;

Oğuz rayonu, Bucaq kəndində (rayon mərkəzindən 13km aralı) vətəndaşa məxsus ərazidə 2,5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri muhafizə olunmuşdur. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən 1947-ci il təvəllüdlü İdrisova Maya İdris qızı döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə zamanı M.İdrisovanın vəfat etdiyi müəyyən olunmuşdur. Cəsəd xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:52-də başa çatmışdır;

Masallı rayonu, Böyük Xocavar kəndində (rayon mərkəzindən 8km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından sonuncu mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən həmin şəxsin yatmış vəziyyətdə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 01:16-da başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1925-ci il təvəllüdlü Aqapov Sergey Borisoviç döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə zamanı S.Aqapovun vəfat etdiyi müəyyən olunmuşdur. Cəsəd xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:30-da başa çatmışdır;

Biləsuvar rayonu, 3 saylı qəsəbədə vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları yanmış və içərisində 10 ədəd cücə tələf olmuşdur. Yanğın saat 02:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Adnalı kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 76kv.m. sahədə yanmışdır. Yanğın saat 06:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.