Geri

06 iyul 2010-cu il, saat 17:50-dək

Salyan rayonu, Kür çayının nəzarət olunan ərazisində çayda çimərkən batma təhlükəsi ilə üzləşmiş bir nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 10:40-da başa çatmışdır.
Geri

06 iyul 2010-cu il, saat 15:10-dək

Bakı şəhəri, Səbail rayonunda giriş qapısının kilidinin sınması nəticəsində dörd nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə onmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və mənzilə daxil olmuş, vətəndaşlara müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 11:43-də başa çatmışdır.
Geri

06 iyul 2010-cu il, saat 09:00-dək

Saatlı rayonu, Potubəyli kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144kv.m. olan 3 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran şəhərində, Lənkəran Dəmiryolu stansiyasına məxsus ümumi sahəsi 40kv.m. olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 10:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 92kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Girdəni kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 32kv.m sahədə və içərisinə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Harami düzündə 3ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə onmərtəbli yaşayış binasının 8-ci mərtbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzildə aşkarlanmış bir nəfər ruhi xəstə xilasedicilər tərəfindən ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:07-də başa çatmışdır;

Qəbələ rayonu, Quşlar kəndində (rayon mərkəzindən 40km aralı) dağlıq ərazidə 70ha sahədə kol-kos yanmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində iki uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı və 7-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə endirmiş və zərərçəkmişlərin liftdən çıxmalarına şərait yaratmış və onları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:42-də başa çatmışdır;

Şəki rayonu, Baş Göynük kəndində (rayon mərkəzindən 62km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 8ha biçilməmiş və 13ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Bakı-Sumqayıt şosesində "VAZ" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "VAZ" markalı avtomobildə yanğın baş vermişdir. Yaralılar xəstəxanaya aparılmışdır. Xilasedicilər yanğınsöndürmə balonları vasitəsilə yanğını söndürmüş və müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:18-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda Dənizkənarı Milli parkın ərazisində 4 ədəd soyuducu yanmışdır. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 4 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.