Geri

05 iyul 2010-cu il, saat 09:00-dək

Ağsu rayonu, Ərəbuşağı kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 24kv.m. sahədə yanmışdır. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda açıq sahədə mazut 600kv.m. sahədə və məişət tullantıları yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Ağalarbəyli kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ümumi sahəsi 132kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyası 12kv.m. sahədə yanmışdır. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Zobucuq 2-ci qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Abşeron rayonunda dənizin nəzarət olunan hissəsində bir nəfər çimərkən batma təhlükəsi ilə üzləşmişdir. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi saat 16:33-də xilas etmişlər;

Bərdə rayonu, Şahvəllər kəndində vətəndaşa məxsus həyətyanı sahədə 5 ton bağlaması yanmışdır. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Əmirxanlı kəndində (rayon mərkəzindən 18km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə biçilmiş taxıl sahəsi 10ha sahədə yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl şəhərində vətəndaşa məxsus ümumi sahəsi 112kv.m. olan tövlənin çardağına yığılmış 6 ton ot bağlamasının 2 tonu və dam örtüyünün yanar konstruksiyası 30kv.m. sahədə yanmışdır. Yanğın saat  17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Kəsəmənli kəndində (rayon mərkəzindən 11km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə biçilmiş taxıl sahəsi 3ha sahədə  yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Nərimankənd kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 0,5ha biçilmiş taxıl sahəsi və 0,5ha kol-kos yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda "Azərkurort" tikinti idarəsinə məxsus ümumi sahəsi 45kv.m. olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları və içərisində vətəndaşa məxsus "NİSSAN TİDA" markalı minik avtomobilin yanar hissələri yanmışdır. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Mirzəlibəyli kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus açıq sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı biçilmiş taxıl sahəsi mühafizə olunmuşdur. Yanğın saat 18:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Düz Qırıqlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 3ha biçilmiş taxıl sahəsi və quru ot yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Eynibulaq kəndində (rayon mərkəzindən 6km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 2ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat  19:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Kürkənd kəndində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evin 1 otağının dam örtüyü 10kv.m. sahədə yanmışdır. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Kolayır kəndində (rayon mərkəzindən 15km aralı) 2,5ha biçilməmiş taxıl sahəsi yanmışdır. Yanğından digər biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Əsgərabad kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus ümumi sahəsi 384kv.m. olan ikimərtəbəli 20 otaqlı evin 1 otağında ev əşyaları 10kv.m. sahədə yanmışdır. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda Nəsimi rayonu Dövlət Yol Polisi İdarəsinə məxsus "BMW" markalı minik avtomobilin mühərrik hissəsi yanmışdır. Yanğın
saat 21:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Müsüslü kəndində (rayon mərkəzindən 35km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 1ha sahədə kol-kos yanmışdır. Yanğın saat 21:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonunda vətəndaşa məxsus həyətyanı sahədə 12 ton ot bağlaması yanmışdır. Yanğın saat  22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində vətəndaşa məxsus karxananın ərazisində ümumi sahəsi 50kv.m. olan 2 ədəd vaqon tipli otağın yanar konstruksiyaları əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Malbinəsi kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 9 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Xatınlı kəndində (rayon mərkəzindən 11km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 23:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhərində "Azərenerji" ASC-yə məxsus 400 KVT-lıq transformatorun yanar hissələri tamamilə yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 10kv.m. olan gül mağazasında kondisioner yanmış, 5kv.m. sahədə asma tavan ərimişdir. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda dənizdə çimərkən batmış 1998-ci il təvəllüdlü Hikmət Əhməd oğlu Rəhimov və 1996-cı il təvəllüdlü Sahil Əhməd oğlu Rəhimovun cəsədi  Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Fövqəladə Hallar Nazirliyinin
dalğıc-xilasediciləri tərəfindən dənizdə suyun üzərində aşkarlanmış Əhməd Abdulrza oğlu Rəhmovun cəsədi də sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verimişdir.