Geri

04 iyul 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda "VAZ" və "ZİL" markalı 2 nəqliyyat vasitəsi toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "VAZ" markalı minik avtomobilinin sürücüsü xəsarət almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:30-da başa çatmışdır;

Şəmkir rayonu, Seyfəli kəndində (rayon mərkəzindən 18km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan talvarın yanar konstruksiyaları 2kv.m. sahədə və həmin talvarın altına yığılmış 20 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda 400kv.m. sahədə quru ot və vətəndaşa məxsus ümumi sahəsi 270kv.m. olan avtomobillərin təmiri sexində təmirdə olan "BMV" markalı minik avtomobilinin mühərrik hissəsi, təmir sexinin həyətində ümumi sahəsi 6kv.m. olan köşkün yanar konstruksiyaları yanmışdır. Yanğından həmin sexin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 11:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Süskənd kəndində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 12:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Səmədabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan talvarın yanar konstruksiyaları 10kv.m. sahədə və altına yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Çeşməli kəndində (rayon mərkəzindən 13km aralı) vətəndaşa məxsus ərazidə biçilməmiş taxıl 3,5ha sahədə və 2,5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 14:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, İrəvanlı kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın
saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Xəlilli kəndində (rayon mərkəzindən 10km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5ha otlaq sahə yanmışdır. Yanğından ərazidəki ağaclar mühafizə olunmuşdur. Yanğın saat 16:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl şəhərində vətəndaşa məxsus ərazidə 3ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, İncilli kəndində (rayon mərkəzindən 24km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4ha otlaq sahə yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Poylu kəndində kənd bələdiyyəsinə məxsus 1ha biçilmiş taxıl və 15kv.m. sahədə biçilməmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Talabiyan kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşlara məxsus ərazidə 1,05ha biçilməmiş taxıl sahəsi və kənd bələdiyyəsinə məxsus ərazidə 1ha sahədə kol-kos yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Turan qəsəbəsində qəsəbə bələdiyyəsinə məxsus ərazidə 8ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Alvadı kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus  ümumi sahəsi 70kv.m olan  köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 35kv.m sahədə yanmışdır. Yanğın saat 17:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda 100kv.m. sahədə quru ot və 55 ədəd təzə əkilmiş şam ağacı yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Nabur kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96kv.m. olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Qırxçıraq qəsəbəsində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ərazidə 1,5ha otlaq sahə yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:28-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə xəstə və hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Xəstə xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 02:58-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda "Mercedes" və "Hundai" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Mercedes" markalı nəqliyyat vasitəsinin sürücüsü və 2 sərnişini yaralanaraq, avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə zərərçəkmişləri avtomobildən çıxararaq, aidiyyəti üzrə təhvil vermiş, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 04:09-da başa çatmışdır;

Günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;