Geri

31 iyul 2010-cu il, saat 09:00-dək

Ağdam rayonu, Əfətli kəndində (rayon mərkəzindən 24km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğın
saat 13:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lerik şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın
saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Səbətli kəndində (rayon mərkəzindən 70km aralı) 12ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci və 6-cı mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə liftin qapısını açmış və gərgin psixoloji vəziyyətdə olan vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:00-da başa çatmışdır;

Quba rayonu, Gənclər kəndində (rayon mərkəzindən 40km aralı) Kənd Təsərrüfatı Nazirliyinə məxsus Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin ərazisində 3ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Xırdalan şəhərində Bakı Quşçuluq ASC-nin ərazisində 8ha sahədə quru ot və məişət tullantıları yanmışdır. Yanğın saat 15:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1000kv.m. olan ikimərtəbəli şadlıq sarayının dam örtüyü 6kv.m sahədə yanmışdır. Yanğın saat 16:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Qapıçıməhəllə kəndində (rayon mərkəzindən 6km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 2,5ha otlaq sahəsi yanmışdır. Yanğın saat 18:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Hacımahmudlu kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın
saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Mollaəziz kəndində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus 1,7ha biçilmiş taxıl sahəsi və 3,5 ton ot bağlaması yanmışdır. Sahənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə həmin mənzilin qapısını açmış və mənzilə daxil olmuşlar. Hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım briqadası tərəfindən aparılmış ilkin müayinə zamanı həmin şəxsin xəstə olması müəyyən edilmişdir. Xilasedicilər qeyd olunan şəxsi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:23-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 184kv.m. olan ikimərtəbəli 8 otaqlı fərdi evin 1-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və evin dam örtüyünün yanar konstruksiyaları (ümumilikdə, 50kv.m. sahədə) yanmışdır. Yanğın saat 19:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Köçərli kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi kütləsi 1,8 ton olan ot bağlaması yanmışdır. Yanğın saat 19:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Məlikçobanlı kəndində (rayon mərkəzindən 14km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın zamanı 3 baş iribuynuzlu heyvan tələf olmuşdur. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Qarabəyli kəndində (rayon mərkəzindən 3km aralı) kənd bələdiyyəsinə məxsus 8ha sahədə kol-kos yanmışdır. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Qoşaoba kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ərazidə 10ha otlaq sahəsi yanmışdır. Yaxınlıqdakı sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Alpan kəndində (rayon mərkəzindən 15km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 6ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Əskipara kəndində (rayon mərkəzindən 15km aralı) 30ha sahədə
kol-kos yanmışdır. Yaxınlıqdakı sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Çökək kəndində (rayon mərkəzindən 2km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları, çardağına yığılmış 4 kub metr taxta materialları və 1 ton ot bağlaması yanmışdır. Yanğın
saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonu, Mixaylovka kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 3ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Arbatan kəndində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus ümumi sahəsi 136kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 4 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Yanğın zamanı 13 baş xırdabuynuzlu heyvan tələf olmuşdur. Tövləyə bitişik ev və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuş, 4 baş iribuynuzlu heyvan xilas edilmişdir. Yanğın saat 00:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daşkəsən rayonu, Bayan kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 10ha otlaq sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Zeyvə kəndində (rayon mərkəzindən 30km aralı) meşə təsərrüfatı idarəsinə məxsus ərazidə 3ha meşə zolağı və kol-kos yanmışdır. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Kolar kəndində (rayon mərkəzindən 23km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan talvarın yanar konstruksiyaları 4kv.m. sahədə və talvarın altına yığılmış 9 ton ot bağlamasının 4 tonu yanmışdır. Talvarın və otun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.