Geri

30 iyul 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və içəri daxil olmuşlar. Baxış keçirilərkən mənzildə heç kimin olmadığı müəyyən edilmişdir. Əməliyyat saat 10:45-də başa çatmışdır;

Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 168kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları və 1 otağına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Düzbilinci kəndində (rayon mərkəzindən 10km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 30ha sahədə quru ot yanmışdır. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Köhnə Xudat kəndində (rayon mərkəzindən 15km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 3ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın
saat 17:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Aslanbəyli kəndində (rayon mərkəzindən 35km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 15ha sahədə quru ot yanmışdır. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu yanmışdır. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Dalğalıq kəndində (rayon mərkəzindən 18km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 3 ton ot tayası yanmışdır. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə liftin qapısını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:34-də başa çatmışdır;

Füzuli rayonu, Şükürbəyli kəndində (rayon mərkəzindən 17km aralı) 15ha otlaq sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Muğan kəndində (rayon mərkəzindən 49km aralı) vətəndaşa məxsus həyətə yığılmış 4 ton ot tayası yanmışdır. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən həmin şəxs döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım briqadası tərəfindən aparılmış ilkin müayinə zamanı həmin şəxsin xəstə olması müəyyən edilmişdir. Xilasedicilər qeyd olunan şəxsi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:31-də başa çatmışdır;

Xaçmaz rayonu, Bostançı kəndində (rayon mərkəzindən 30km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 7ha kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus 132kv.m. açıq sahəyə yığılmış 300 kub metr taxta materialların 100 kub metri və yaxınlıqdakı ümumi sahəsi 80kv.m. olan açıq sahəyə yığılmış su qızdırıcıları və plastik santexnika avadanlıqları 50kv.m. sahədə yanmışdır. Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı tikinti materialları yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir su anbarının nəzarət olunmayan hissəsində batmış 1995-ci il təvəllüdlü Kənan Qeys oğlu Səmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin
dalğıc-xilasedicləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan və nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 10 nəfər Fövqəladə Hallar Nazirliyinin
dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.