Geri

03 iyul 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda 0,2ha sahədə quru ot yanmışdır. Yanğın saat 14:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Qalagah kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Qaralar kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ərazidə biçilmiş taxıl 2ha sahədə yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Zarat kəndində (rayon mərkəzindən 22km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə biçilmiş taxıl 35ha sahədə yanmışdır. Yanğın saat 14:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Privolnoye kəndində kənd bələdiyyəsinə məxsus ərazidə biçilmiş taxıl 50ha sahədə yanmışdır. Yanğın saat 17:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində ikimərtəbəli inzibati binanın damına yığılmış məişət tullantıları 30kv.m. sahədə yanmışdır. Yanğın saat 17:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Çarhan kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Xudat qəsəbəsində inzibati binanın ərazisində 150kv.m. sahədə quru ot yanmışdır. Yanğın saat 19:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Qazqumlaq kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 250kv.m. olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı tövlənin içərisində olan 1 baş iribuynuzlu heyvan tələf olmuş vəziyyətdə və ev sahibi T.D.Nəsibovun cəsədi aşkarlanmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Sabirabad rayonu, Baş Muğan kollektorunun Sarxanbəyli kəndi ərazisindən keçən hissəsinə düşmüş 1953-cü il təvəllüdlü Taleh Bilal oğlu Əliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:45-də başa çatmışdır;

Günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.