Geri

29 iyul 2010-cu il, saat 09:00-dək

Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 28 iyul 2010-cu il tarixində saat 16:43-də episentri Mingəçevir şəhərindən 18km cənubda, Yevlax rayonu ərazisində olmaqla, zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 3,5 bal təşkil etmişdir. Zəlzələ Yevlax rayonu ərazisində 3,0 bala qədər, Mingəçevir şəhəri ərazisində 2,0 bal gücündə hiss olunmuşdur. İnsan tələfatı və dağıntı olmamışdır;

Ağsu rayonu, Qaraməmmədli kəndində (rayon mərkəzindən 10km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 1ha biçilmiş taxıl sahəsi yanmışdır. Digər əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Şorəlli kəndində (rayon mərkəzindən 5km aralı) kənd qəbirstanlığının ərazisində 1,5ha sahədə quru ot yanmışdır. Yanğın saat 12:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Nisəqala kəndində (rayon mərkəzindən 6km aralı) kənd bələdiyyəsinə məxsus 6ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 13:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Zeyvə kəndində vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları 30kv.m. sahədə və çardağa yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, ikinci Nuqədi kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus ümumi sahəsi 9kv.m. olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyası yanmışdır. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Qaraməmmədli kəndində (rayon mərkəzindən 10km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 2,5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 40kv.m. olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 20kv.m. sahədə, ümumi sahəsi 40kv.m. olan 2 otaqlı mənzilin eyvanı 3kv.m. sahədə və 1 ədəd kondisioner, ümumi sahəsi 40kv.m. olan 2 otaqlı mənzilin eyvanı 3kv.m. sahədə (ümumilikdə, 26kv.m. sahədə)  yanmışdır. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almışdır. Mənzillər yanğından mühafizə olunmuşdur və 9 nəfər sakin təxliyyə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Kərgəlan kəndində (rayon mərkəzindən 9km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 1ha sahədə kol-kos yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Bala Kolatan kəndində (rayon mərkəzindən 11km aralı) vətəndaşa məxsus ümumi sahəsi 546kv.m. olan 2 mərtəbəli 8 otaqlı fərdi evin 2-ci mərtəbəsində 5 otağın və dəhlizin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 200kv.m. sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Haramı düzündə (rayon mərkəzindən 27km aralı) vətəndaşa məxsus ərazidə 10ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Bico kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 3ha sahədə quru ot və kol-kos yanmışdır. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Mamaylı kəndində (rayon mərkəzindən 20km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 1ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın
saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz şəhərində kənd bələdiyyəsinə məxsus ərazidə 6ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 00:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Yuxarı Göycəli kəndində (rayon mərkəzindən 5km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 1ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın
saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Aslanbəyli kəndində (rayon mərkəzindən 40km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 10ha biçilmiş taxıl sahəsi və 15ha quru ot sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın
saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Quşencə kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları və çardağa yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kür çayının Neftçala rayonundan keçən hissəsində, nəzarətsiz ərazidə batmış 1992-ci il təvəllüdlü Məhərrəm Mirbala oğlu Səfərovun cəsədi Fövqəladə Hallar Nazirliyinin
dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.