Geri

28 iyul 2010-cu il, saat 17:15-dək

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci və 8-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə lifti 8-ci mərtəbəyə qaldırmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:52-də başa çatmışdır;

Dəvəçi rayonu, Zeyvə kəndində vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları 30kv.m sahədə və çardağa yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 60kv.m. sahədə yanmışdır. Yanğın saat 13:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 1kv.m. sahədə və həyətyanı sahəyə yığılmış 50

kv.m. sahədə quru ot yanmışdır. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2010-cu il, saat 09:00-dək

İsmayıllı rayonu, Talıstan kəndində (rayon mərkəzindən 5km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20kv.m. olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 13:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Xınıslı kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 15:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, İrmaşlı kəndində (rayon mərkəzindən 14km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5ha otlaq sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Hacıhüseynli kəndində (rayon mərkəzindən 30km aralı) vətəndaşa  məxsus həyətdə 150kq ot bağlaması yanmışdır. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Minəxorlu kəndində (rayon mərkəzindən 36km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları 60kv.m. sahədə və çardağına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Ləngi kəndində (rayon mərkəzindən 14km aralı) vətəndaşa məxsus ümumi sahəsi 66kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evin dam örtüyü 30kv.m. sahədə yanmışdır. Yanğın saat 17:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Ləngi kəndində (rayon mərkəzindən 14km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Şorsulu kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa  məxsus ümumi sahəsi 78kv.m. olan talvarın altına yığılmış 400kq ot bağlaması yanmışdır. Yanğın saat 19:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının liftində üç nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 2-ci mərtəbəyə endirmiş və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:54-də başa çatmışdır;

Şabran rayonu, Taxtakörpü və Alxanlı kəndində (rayon mərkəzindən 6km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə ümumilikdə 100ha sahədə otlaq yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 154kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 20:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Qazmalar kəndində (rayon mərkəzindən 22km aralı) və Xəlfələr kəndində (rayon mərkəzindən 18km aralı) Dağbilici kənd bələdiyyəsinə məxsus ərazidə 80ha biçilmiş taxıl və Pirəbədil kənd bələdiyyəsinə məxsus ərazidə 300ha biçilmiş taxıl sahələri yanmışdır. Yaxınlıqdakı otlaq sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonuda rayon bələdiyyəsinə məxsus ərazidə 4ha otlaq sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl rayonu, Qırıxlı kəndində (rayon mərkəzindən 24km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları 100kv.m. sahədə və çardağına yığılmış ümumi çəkisi 5 ton olan ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və otun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın zamanı 2 baş iribuynuzlu, 10 baş xırdabuynuzlu mal-qara və 50 ədəd ev quşu yanğınsöndürənlər tərəfindən xilas edilmişdir. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs yatmış vəziyyətdə olduğundan giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab verməyib. Əməliyyat saat 01:15-də başa çatdırılmışdır;

Beyləqan rayonu, Dünyamalılar kəndində (rayon mərkəzindən 27km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlaması yanmışdır. Yanğın saat
01:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Dənizin nəzarət olunmayan hissəsində batmış 1985-ci il təvəllüdlü Anar Əlövsət oğlu Məmmədov və 1976-cı il təvəllüdlü Babək Əliqulu oğlu Ağayevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan və nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 11 nəfər Fövqəladə Hallar Nazirliyinin
dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.2