Geri

27 iyul 2010-cu il, saat 09:00-dək

Masallı rayonu, Xanalıyan kəndində (rayon mərkəzindən 16km aralı) vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin yanar hissələri və qoşqusuna yılğılmış 5 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan köməkçi otağın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 14:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Aşağı Göycəli kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 30 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Şəfəq kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus ərazidə 1,7ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı əkin və yonca sahələri mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonunda meşə zolağının ərazisində 3ha kol-kos yanmışdır. Yanğından ərazidəki ağaclar mühafizə olunmuşdur. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Abdulyan kəndində (rayon mərkəzindən 15km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 20:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Bığır kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 90ha kol-kos yanmışdır. Yanğın saat 20:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Günəşli kəndində (rayon mərkəzindən 23km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə liftin qapısını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:05-də başa çatmışdır;

Ağdaş rayonu, Yuxarı Ləki kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan talvarın yanar konstruksiyaları 30kv.m sahədə və altına yığılmış 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Ceyrançöl kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 30ha kol-kos yanmışdır. Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Şəkilli kəndində (rayon mərkəzindən 16km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 35ha biçilmiş taxıl sahəsi, 1500kv.m. kol-kos və 30 ədəd ağac yanmışdır. Yanğından yaxınlıqda yerləşən meşə zolağı mühafizə olunmuşdur. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, İsmayıllı kəndində (rayon mərkəzindən 2km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170kv.m. olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 150kv.m. sahədə yanmışdır. Yanğın saat 07:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Vəndam qəsəbəsində (rayon mərkəzindən 16km aralı) vətəndaşa məxsus ümumi sahəsi 77kv.m. olan taxta konstruksiyadan ibarət yeməkxananın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Yuxarı Mahmudlu kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 100 ton ot bağlaması yanmışdır. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 8 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Dənizin nəzarət olunmayan hissəsində batmış 1993-cü il təvəllüdlü Orxan Ramazan oğlu Hacıyevin və 1990-cı il təvəllüdlü Ruslan Ramazan oğlu Hacıyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;

Dənizin nəzarət olunan hissəsində batdığı ehtimal olunan 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır.