Geri

26 iyul 2010-cu il, saat 17:30-dək

Dənizin nəzarət olunmayan hissəsində batmış 1 nəfərin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir;

Dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər  Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Sumqayıt şəhərində 25 iyul 2010-cu il tarixində batmış 1984-cü il təvəllüdlü Mərahim Məhəmməd oğlu Hacıyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Geri

26 iyul 2010-cu il, saat 09:00-dək

Şamaxı şəhərində bələdiyyəyə məxsus ərazidə 1ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonunda "Tofaş" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:06-da başa çatmışdır;

Gəncə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin mətbəxinin tavan hissəsi 18kv.m. sahədə yanmışdır. Yanğın saat 14:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Həsənabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 50kv.m. sahədə yanmışdır. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Ərəb Şahverdi kəndində (rayon mərkəzindən 54km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 20ha sahədə quru ot yanmışdır. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Alar kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin 1 otağının tavanı 16kv.m sahədə yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın qonşular tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Təzə Alvadı kəndində kənd qəbiristanlığının ərazisində 2ha sahədə kol-kos yanmışdır. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Poylu kəndində (rayon mərkəzindən 8km aralı) dəmir yolu xəttinə məxsus 10 ədəd şpal və ətrafında 2ha sahədə quru ot yanmışdır. Yanğından dəmir yolu mühafizə olunmuşdur. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Qızlı kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100kv.m. sahədə və çardağa yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 

Goranboy rayonu, Azad kəndində (rayon mərkəzindən 40km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 16 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda Müdafiə Nazirliyinə məxsus H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin dördmərtəbəli kazarma binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60kv.m. olan yataq otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanmışdır. Yanğın zamanı 50 müdavim yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Yanğından bina mühafizə olunmuşdur. Yanğın saat 22:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 6km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 1ha sahədə quru ot yanmışdır. Yanğından yaxınlıqdakı otlaq sahələr mühafizə olunmuşdur. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Pirsaat qəsəbəsində (rayon mərkəzindən 6km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 10ha sahədə quru ot və 100 ədəd yeni əkilmiş ağac yanmışdır. Yanğın saat 23:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Sarıca kəndində (rayon mərkəzindən 65km aralı) vətəndaşa məxsus ümumi sahəsi 77kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35kv.m. sahədə və damına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

24 iyul 2010-cu il tarixində dənizin nəzarət olunmayan hissəsində batmış 1990-cı il təvəllüdlü Elçin Surxay oğlu Bayramovun axtarışları başa çatmışdır. Həmin şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir; 

1985-ci il təvəllüdlü Aqil Sabir oğlu Hüseynovun cəsədi dənizin nəzarət olunmayan hissəsində Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir; 

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 7 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Dənizin nəzarət olunmayan hissəsində batmış 1989-cu il təvəllüdlü Zaur Alıhəsən oğlu Cabbarovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sahildə tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir; 

Gədəbəy rayonu, Şınıx kəndində yaradılan süni göldə batmış bir nəfərin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.