Geri

25 iyul 2010-cu il, saat 09:00-dək

Füzuli rayonu, Kərimbəyli kəndində (rayon mərkəzindən 17km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4,8 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Xalxal kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 405kv.m. olan tövlənin yanar konstruksiyaları 204kv.m. sahədə yanmışdır. Yanğın saat 11:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını açmış və oraya daxil olmuşlar. Mənzilə baxış keçirilərkən həmin şəxs döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım briqadası tərəfindən aparılmış ilkin müayinə zamanı həmin şəxsin ağır xəstə olması müəyyən edilmişdir. Xilasedicilər qeyd olunan şəxsi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:00-da başa çatmışdır;

Xızı rayonu, Giləzi qəsəbəsində (rayon mərkəzindən 25km aralı) qəsəbə bələdiyyəsinə məxsus ərazidə 4ha otlaq sahəsi yanmışdır. Yanğından yaxınlıqdan keçən Bakı-Novorossiysk neft kəməri mühafizə olunmuşdur. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Xocavənd kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Dəllərcəyir kəndində (rayon mərkəzindən 12km aralı) qəsəbə bələdiyyəsinə məxsus ərazidə 5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda qarajda ümumi sahəsi 15kv.m. olan otağın yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanmışdır. Yanğın saat 18:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Xırdapay kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları 45kv.m. və çardağına yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Sitalçay qəsəbəsində (rayon mərkəzindən 46km aralı) qəsəbə bələdiyyəsinə məxsus ərazidə 4,5ha otlaq sahəsi yanmışdır. Yanğından yaxınlıqdan keçən Bakı-Novorossiysk neft kəməri mühafizə olunmuşdur. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Kolanı kəndi (rayon mərkəzindən 22km aralı) vətəndaşa məxsus ümumi sahəsi 162kv.m. olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yanğından qonşu evlər mühafizə olunmuşdur. Yanğın saat 02:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Dənizin nəzarət olunmayan hissəsində 1 nəfərin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;

Dənizin nəzarət olunmayan hissəsində batdığı ehtimal olunan 2 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan və nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.