Geri

24 iyul 2010-cu il, saat 09:00-dək

Ağdaş rayonu, Qolqəti kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 230kv.m. olan ikimərtəbəli 5 otaqlı fərdi evin 2-ci mərtəbəsində 3 otaq və dam örtüyünün yanar konstruksiyaları 165kv.m. sahədə yanmışdır. Yanğından evin 1-ci mərtəbəsi mühafizə olunmuşdur. Yanğın saat 14:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20kv.m. olan qarajın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 15:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Kiçik Dəhnə kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus ümumi sahəsi 21kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1.5 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Çəmçəmənli kəndində (rayon mərkəzindən 5km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 10 sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Ceyranbatan su anbarının ətrafında meşə zolağınının ərazisində 8ha sahədə quru ot yanmışdır. Yanğından yaxınlıqdakı ağaclar mühafizə olunmuşdur. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Hacı Təpə kəndində (rayon mərkəzindən 14km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35kv.m. sahədə və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Mədrəsə kəndində (rayon mərkəzindən 5km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 3ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Kamallı kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ərazidə 3ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 19:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Böyük Əmilli kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus ümumi sahəsi 1288kv.m. olan anbarın dam örtüyünün yanar konstruksiyaları 70kv.m. sahədə və içərisinə yığılmış 75 ton ot bağlaması yanmışdır. Yanğından anbarın içərisinə yığılmış 25 ton buğda, 82 ton arpa və 300 ton ot bağlaması mühafizə olunmuşdur. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Tap Qaraqoyunlu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlaması yanmışdır Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu ərazisində Həsənsu çayında batmış 1993-cü il təvəllüdlü Tağıyev Elşən Faiq oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicləri tərəfindən sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;

Astara rayonunda dənizin nəzarət olunmayan hissəsində batdığı ehtimal olunan 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan və nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 4 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.