Bərdə rayonu, Qaraqoyunlu kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 24kv.m. olan qamışdan ibarət tövlə yanmışdır. Yanğın saat 12:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nizami rayonunda bir nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:38-də başa çatmışdır;
Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan birmərtəbəli 1 otaqlı fərdi evin mətbəxinin yanar konstruksiyası ev əşyaları ilə birlikdə 20kv.m. sahədə yanmışdır. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sabirabad rayonu, Surra kəndində (rayon mərkəzindən 17km aralı) vətəndaşa məxsus həyətyanı sahədə talvarın altına yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xızı rayonu, Dizəvər kəndində (rayon mərkəzindən 22km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4ha sahədə quru ot və kol-kos yanmışdır. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Suraxanı rayonunda "Vaz" markalı minik avtomobili ilə "Zil" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Vaz" markalı minik avtomobilində olan insanlar müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 18:35-də başa çatmışdır;
Ağdam rayonu, Çəmənli kəndində (rayon mərkəzindən 19km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 10 ton ot bağlamasının 7 tonu yanmışdır. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus restoranın ərazisində 20kv.m. sahədə məişət tullantıları və ümumi sahəsi 80kv.m. olan avtomobil yuma sexinin dam örtüyü 10kv.m. sahədə yanmışdır. Yanğından sexin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Qaradağ rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində iki azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından sonuncu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış azyaşlı uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:53-də başa çatmışdır;
Bakı şəhəri, Nizami rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuşlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanan vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:35-də başa çatmışdır;
Günün müxtəlif saatlarında dənizin nəzarət olunan və nəzarət olunmayan ərazisində çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.