Geri

22 iyul 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda onaltımərtəbəli binanın 11-ci mərtəbəsindən 16-cı mərtəbəsinə qədər şaxtadan keçən elektrik xətlərinin 45p.m. hissəsi yanmışdır. Yanğından mənzillər mühafizə olunmuşdur. Yanğın saat 13:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Gəndov kəndində (rayon mərkəzindən 14km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5ha otlaq sahəsi yanmışdır. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Mollakamallı kəndində (rayon mərkəzindən 6km aralı) Təzəkənd bələdiyyəsinə məxsus ərazidə 3ha otlaq sahəsi yanmışdır. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonunda rayon bələdiyyəsinə məxsus ərazidə 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı otlaq sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Yuxarı Salahlı kəndində (rayon mərkəzindən 22km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 20ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Əlibəyli kəndində (rayon mərkəzindən 18km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56kv.m. olan birmərtəbəli fərdi ev yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 6km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4ha sahədə kol-kos yanmışdır. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Yolçubəyli kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 400kv.m. olan talvarın yanar konstruksiyaları 130kv.m sahədə və talvarın altına yığılmış 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400kv.m. olan ikimərtəbəli ticarət mərkəzinin tavanı 30kv.m. və dam örtüyünün yanar konstruksiyaları 60kv.m. sahədə yanmışdır. Yanğın saat 21:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Birinci Şıxlı kəndində (rayon mərkəzindən 35km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 8ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Padarçöl kəndində (rayon mərkəzindən 35km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 10ha kol-kos sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı otlaq sahələri mühafizə olunmuşdur. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Vəndam kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 300kq ot bağlaması yanmışdır. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən həmin mənzilə eyvandan daxil olmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs yatmış vəziyyətdə olduğundan giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab verməyib. Əməliyyat saat 01:48-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar kostruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lerik rayonu, Aran kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45kv.m. olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 08:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Dənizin nəzarət olunmayan hissəsində bir nəfərin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicləri tərəfindən sahildə tapılaraq aidiyyəti üzrə təhvil verilmişdir;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan və nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 4 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.