Geri

20 iyul 2010-cu il, saat 17:15-dək

19 iyul 2010-cu il tarixində Kür çayının Şəmkir rayonu, Yenikənd kəndindən keçən Qeys kanalında batmış 1979-cu il təvəllüdlü Eldəniz Nəsib oğlu Həmidovun axtarışları başa çatmışdır. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicləri tərəfindən qeyd olunan şəxsin cəsədi 20 iyul 2010-cu il tarixində saat 11:40-da sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;

Dənizin nəzarət olunmayan ərazisində çimərkən batmış 1987-ci il təvəllüdlü Emin Xalid oğlu Əhmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicləri tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Geri

20 iyul 2010-cu il, saat 16:10-dək

Bakı şəhəri, Qaradağ rayonunda Asfalt-beton zavodunun ərazisində asfalt hazırlayan sexdə "Brox" markalı sobanın təmizləyici filtrləri və sobaya hopmuş qır qalıqları 80kv.m. sahədə yanmışdır. Yanğından sex mühafizə olunmuşdur. Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Geri

20 iyul 2010-cu il, saat 09:00-dək

Qobustan rayonu, Xilmili kəndində (rayon mərkəzindən 20km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Qaraqoyunlu kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 7 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Balik kəndində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 30p.m. çəpər və kənd bələdiyyəsinə məxsus ərazidə 1ha sahədə kol-kos yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Mirəlibəyli kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlamasının 4 tonu yanmışdır. Yanğın saat 19:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, İrmaşlı kəndində (rayon mərkəzindən 14km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5ha sahədə kol-kos və quru ot yanmışdır. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Bico kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları 7kv.m. sahədə yanmışdır. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Məzrəli kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Göylər kəndində (rayon mərkəzindən 18km aralı) vətəndaşa məxsus ümumi sahəsi 260kv.m. olan tövlənin dam örtüyü 60kv.m. sahədə və damına yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın zamanı 6 baş iri buynuzlu heyvan xilas edilmişdir. Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan və nəzarət olunmayan hissələrində çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Mingəçevir şəhərində Mingəçevir su anbarının nəzarət olunan hissəsində balıq tutmaq məqsədilə rezin qayıqda üzən 1 nəfər batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:15-də başa çatmışdır;

Kür çayının Şəmkir rayonu, Yenikənd kəndindən keçən Qeys kanalında nəzarət olunmayan ərazidə batdığı ehtimal olunan 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır.