Geri

02 iyul 2010-cu il, saat 09:00-dək

Qobustan rayonu, Təklə kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48kv.m. olan köməkçi tikilinin yanar konstruksiyalari 16kv.m. sahədə və içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Ağalı kəndində (rayon mərkəzindən 13km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan köməkçi tikilinin içərisində olan 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Birinci Alıcanlı kəndində (rayon mərkəzindən 22km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda İdman və Olimpiya Kompleksinin ərazisində quru ot 1ha sahədə yanmışdır. Yanğın saat 16:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Yuxarı Bucaq kəndində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus biçilmiş taxıl 1ha sahədə yanmışır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Separadi kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 50kv.m. olan talvarın altında 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 12km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə kol-kos 4ha sahədə yanmışdır. Yanğın saat 18:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Gilgilçay qəsəbəsində (rayon mərkəzindən 7km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə quru ot 3000kv.m. sahədə yanmışdır. Yanğın saat 19:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Beşdəli kəndində (rayon mərkəzindən 14km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 9 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Qubaxəlilli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə biçilmiş taxıl 3ha sahədə yanmışdır. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Harami düzündə biçilmiş taxıl və quru ot 100ha sahədə yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Birinci Şıxlı kəndində (rayon mərkəzindən 30km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Otuzikilər kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Taxtakörpü kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ərazidə quru ot 7ha sahədə yanmışdır. Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.