Geri

02 iyul 2010-cu il, saat 17:10-dək

Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının kilidinin sınması nəticəsində iki nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə onyeddimərtəbəli binanın on dordüncü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və vətəndaşlara müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 11:00-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda "OTOYOL" markalı sərnişin avtobusunun salonu yanmışdır. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Qarabucaq kəndində (rayon mərkəzindən 14km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160kv.m. olan tövlənin yanar konstruksiyaları 130kv.m. sahədə və damına yığılmış 20ton ot bağlaması yanmışdır. Yanğın saat 11:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

02 iyul 2010-cu il, saat 09:00-dək

Qobustan rayonu, Təklə kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48kv.m. olan köməkçi tikilinin yanar konstruksiyalari 16kv.m. sahədə və içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Ağalı kəndində (rayon mərkəzindən 13km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan köməkçi tikilinin içərisində olan 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Birinci Alıcanlı kəndində (rayon mərkəzindən 22km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda İdman və Olimpiya Kompleksinin ərazisində quru ot 1ha sahədə yanmışdır. Yanğın saat 16:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Yuxarı Bucaq kəndində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus biçilmiş taxıl 1ha sahədə yanmışır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Separadi kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 50kv.m. olan talvarın altında 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 12km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə kol-kos 4ha sahədə yanmışdır. Yanğın saat 18:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Gilgilçay qəsəbəsində (rayon mərkəzindən 7km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə quru ot 3000kv.m. sahədə yanmışdır. Yanğın saat 19:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Beşdəli kəndində (rayon mərkəzindən 14km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 9 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Qubaxəlilli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə biçilmiş taxıl 3ha sahədə yanmışdır. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Harami düzündə biçilmiş taxıl və quru ot 100ha sahədə yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Birinci Şıxlı kəndində (rayon mərkəzindən 30km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Otuzikilər kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Taxtakörpü kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ərazidə quru ot 7ha sahədə yanmışdır. Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.