Geri

19 iyul 2010-cu il, saat 09:00-dək

Füzuli rayonu, Haramı düzündə (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus "Mtz" markalı traktorun yanar hissələri və 1ha sahədə kol-kos yanmışdır. Yanğından yaxınlıqdakı otlaq sahələri mühafizə olunmuşdur. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Qırağlı kəndində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Otuziki kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Köhnə Xudat kəndində (rayon mərkəzindən 7km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə biçilmiş taxıl sahəsi 1,5ha səhədə yanmışdır. Yanğından yaxınlıqdakı meşə zolağı mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Böyük Bəhmənli kəndində (rayon mərkəzindən 17km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Əmirxanlı kəndində (rayon mərkəzindən 4km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 3ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı otlaq sahələri mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda Dərin Özüllər Zavodunun ərazisində ümumi sahəsi 700kv.m. olan qarışıq mallar (tikinti və təsərrüfat malları) saxlanılan anbarın yanar konstruksiyaları və içərisindəki mallar yanmışdır. Anbara bitişik inzibati bina və yaxınlıqdakı kanteynerlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Birinci Mayak kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin 1 otağında ev əşyaları 20kv.m. sahədə yanmışdır. Yanğın yanğınsöndürənlər çatana kimi ev sahibi tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Bulaqlı kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda "Azərnerji" ASC-yə məxsus 160kVt-luq transformatorun yağı və sarğıları yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Əhmədli kəndində (rayon mərkəzindən 45km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Karrar kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 03:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "Vaz" markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Vaz" markalı minik avtomobilinin sürücüsü və bir nəfər sərnişin həlak olmuşdur. Xilasedicilər nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə qalmış həmin şəxslərin cəsədlərini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 08:35-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda tikinti işləri aparılan birmərtəbəli binada uçqun baş verməsi və dağıntılar altında köməyə ehtiyacı olan şəxslərin qalması haqqında məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, birmərtəbəli binanın bir hissəsi uçmuş və bir nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə həmin şəxsi dağıntılar altından xilas edərək ilkin tibbi yardın göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində lazımi təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 08:52-də başa çatmışdır;

Sumqayıt şəhərində dənizin nəzarət olunmayan ərazisində batmış 1990-cı il təvəllüdlü Natiq Cabir oğlu Məmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicləri tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;

Dənizin nəzarət olunmayan ərazisində bir nəfərin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunmayan hissəsində batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Mingəçevir şəhərində, Mingəçevir su anbarında batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.