Geri

18 iyul 2010-cu il, saat 09:00-dək

Sumqayıt şəhərində ümumi sahəsi 15kv.m. olan qarajın içərsinə yığılmış istifadə olunmayan ev əşyaları və məişət tullantıları 15kv.m. sahədə yanmışdır. Yanğın saat 05:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Lanqu kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus traktor qoşqusuna yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 10:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Ağgünlük kəndində (rayon mərkəzindən 22km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 7ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1930-cu il təvəllüdlü Vera Vasiliyevna Qluxovskaya döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım briqadası tərəfindən aparılmış ilkin müayinə zamanı V.Qluxovskayanın vəfat etdiyi müəyyən olunmuşdur. Xilasedicilər qeyd olunan şəxsin cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:13-də başa çatmışdır;

Mingəçevir şəhərində Mingəçevir su anbarında çimərkən batmış 1987-ci il təvəllüdlü Ruslan Əli oğlu Aşurovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:50-də başa çatmışdır;

Beyləqan rayonu, Mil qəsəbəsində (rayon mərkəzindən 18km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Çuxuroba kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda "Mercedes" və "Peugeot" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Mercedes" markalı minik avtomobilində olan Elçin Rzayev, Məmməd Paşayev  və "Peugeot" markalı avtomobilin sürücüsü Sədaqət Əbilova həlak olmuşdur. Xilasedicilər nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə qalmış həmin şəxslərin cəsədlərini çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:15-də başa çatmışdır;

Yardımlı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 48kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 07:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Dənizin nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.