Geri

17 iyul 2010-cu il, saat 09:00-dək

Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan 3 otaqlı fərdi evin 1 otağında divar kağızı 20kv.m. sahədə yanmışdır. Yanğın yanğınsöndürənlər çatana kimi ev sahibi tərəfindən söndürülmüşdür;

Zərdab rayonunda kənd bələdiyyəsinə məxsus ərazidə 2ha quru ot yanmışdır. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə birmərtəbəli fərdi yaşayış evinə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş xəstə vəziyyətdə aşkarlanmışdır. Xəstə xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:52-də başa çatmışdır;

Xaçmaz rayonu, Yaquboba kəndində əhaliyə məxsus 10ha biçilmiş taxıl sahəsi və kənd bələdiyyəsinə məxsus ərazidə 5ha sahədə quru ot yanmışdır. Yanğından yaxınlıqdakı meşə zolağı mühafizə olunmuşdur. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzilin vanna otağının giriş qapısının kilidinin sınması nəticəsində bir nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış şəxs xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:00-da başa çatmışdır;

Sumqayıt şəhərində giriş qapısının kilidinin sınması nəticəsində 6 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və mənzilə daxil olmuş, vətəndaşlara müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 20:40-da başa çatmışdır;

Samux rayonu, Zazalı kəndində (rayon mərkəzindən 12km aralı) Mədəniyyət və Turizm Nazirliyinə məxsus ümumi sahəsi 234kv.m. olan klubun dam örtüyünün yanar konstruksiyaları 10kv.m. sahədə yanmışdır. Yanğından klubun qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizdə və Kür çayının Salyan rayonundan keçən ərazisində nəzarət olunan hissədə çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.