Geri

15 iyul 2010-cu il, saat 09:00-dək

Daxil olmuş məlumata əsasən, 14-15 iyul 2010-cu il tarixində axşamdan başlayaraq respublikanın bəzi rayonlarında hava şəraiti kəskin dəyişmiş, leysan xarakterli yağışlar yağmış, xüsusilə Şəki şəhərində bəzi həyətyanı sahələri və yaşayış evlərinin zirzəmilərini su basmışdır;

Qazax rayonu, Çaylı kəndində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili ilə tikinti şirkətinə məxsus "FORD" markalı yük avtomobili toqquşmuşdur. Qəza nəticəsində "MERCEDES" markalı avtomobilin salonu yanmış, içərisində olan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Nəvai qəsəbəsində (rayon mərkəzindən 22km aralı) vətəndaşa məxsus "BELARUS" markalı traktorun qoşqusuna yığılmış 500kq ot bağlaması və qoşqunun yanar hissələri yanmışdır. Yanğın saat 12:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Xosrov kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96kv.m. olan 3 otaq aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 13:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda gücü 1kVt olan transformatora gələn elektrik kabelinin 2p.m hissəsi yanmışdır. Yanğından transformator mühafizə olunmuşdur. Yanğın saat 15:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Samur qəsəbəsində (rayon mərkəzindən 36km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Sarıqamış kəndində (rayon mərkəzindən 17km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus "ZİL" markalı yük avtomobilinin banına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Cəmcəmli kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus ərazidə 200kv.m. biçilməmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Şəfəq qəsəbəsində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Dağbilici kəndində (rayon mərkəzindən 14km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, İkinci Aşıqlı kəndində (rayon mərkəzindən 13km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 15 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

13 iyul 2010-cu il tarixində Ağcabədi rayonunda Qarabağ kanalının Kür çayından keçən hissəsində batmış 1992-ci il təvəllüdlü Ramin Novruz oğlu Bayramovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;   

Dənizin nəzarət olunan hissəsində batdığı ehtimal olunan 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır.